Qozun saç sağlamlığı üçün də böyük əhəmiyyəti var. Qoz qabığının tərkibindəki komponentlər saç problemlərinin həllini təmin edir. Qoz qabığı antioksidantlarla zəngindir və bədəni sərbəst radikallardan qoruyur. Kəpəklə mübarizədə də təsirlidir.
Foodinfo.az-ın məlumatına görə, qoz qabığının tərkibindəki tannik turşusu baş dərisindəki ölü təbəqəni və bakteriyaları təmizləyərək kəpəyin qarşısını alır.
Bu meyvə saç köklərində qan dövranını artıraraq, saç köklərini daha qidalı və güclü edir. Beləliklə, saç tökülməsini azaldır.
O, saçda melanin piqmentinin istehsalını təmin edərək saçın təbii rəngini qoruyur. Saçları daha parlaq edir və nəmləndirir.
Saç problemləri ilə mübarizə aparmaq üçün qoz qabığından necə istifadə etmək olar?
15 ədəd qoz qabığını 1 litr suda qaynadıb soyuduqdan sonra təmiz və yaş saçlarınızı bu su ilə yaxalayın. Həftədə bir dəfə müntəzəm olaraq tətbiq edildikdə saçlarınızın daha sağlam və parlaq göründüyünü görəcəksiniz.
Qoz qabığı suyu saç köklərini qidalandırır və saç tökülməsini azaldır. Bundan əlavə, təbii boya rolunu oynayaraq saçlarınızın təbii rəngini qaytarmasına kömək edir.
Onun saç sağlamlığına müsbət təsirlərini nəzərə alsaq, məlum olur ki, qoz qabıqlarını atmaq yox, istifadə etmək lazımdır.