Gözaltı torbalardan xilas olmaq üçün təbii və sadə üsulları sınaya bilərsiniz.
Foodinfo.az göz altındakı torbalardan qurtulmağa kömək edəcək bəzi təbii üsulları təqdim edir:
1. Kartof üsulu: Kartofu sürtgəcdən keçirib gözünüzün altındakı torbalara qoyun. İltihab əleyhinə xüsusiyyətləri sayəsində kartof göz altındakı ödemlə mübarizə apara bilir.
2. Çay paketləri: Qara çay, yaşıl çay və ya çobanyastığı kimi bitki çaylarından istifadə edərək gözaltı torbaları azalda bilərsiniz. Çay paketlərini qaynar suda isladın, soyutduqdan sonra gözlərinizin üstünə qoyun.
3. Xiyar üsulu: Xiyar dilimlərini gözünüzün üstünə qoya bilərsiniz. Bu tərəvəzin sərinləşdirici və sakitləşdirici təsiri var.
4. Soyuq metal: Soyuducuda saxladığınız metal qaşığı gözünüzün altındakı torbaların üzərinə sürtməklə qan dövranını sürətləndirə və ödemi azalda bilərsiniz.
5. Duzlu su üsulu: Bir stəkan ilıq suya bir çay qaşığı duz əlavə edin, pambığı bu suya batırın, yüngülcə sıxın və gözünüzün altındakı torbalara çəkin.
6. Avokado pastası: Avokado da göz altı torbalarını azaltmaqda təsirlidir. Avokadonu əzin və bir az sirkə ilə qarışdırın, dondurucuda soyuduqdan sonra göz qapaqlarınıza sürtün.
Bu sadə və təbii üsulları mütəmadi olaraq tətbiq etməklə gözaltı torbalardan xilas ola bilərsiniz. Problem davam edərsə, mütləq həkiminizlə məsləhətləşin.