Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlar tərəfindən şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində yoxlamalar aparılıb, bəzilərində qaydaların pozulduğu aşkarlanıb.
Foodinfo.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “Samir” şadlıq sarayında təşkil edilən toy mərasimində məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, “Ümid” restoranında isə mərasimdə iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu müəyyən edilib. Həmin obyektlərin icarədarları Səbuhi Mustafayev və Sadiq Məmmədov inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.
Həmçinin, rayonun Yenicə, Aşağı Nematabad, Qaradeyin,Qarasuqumlaq,Pirkəkə, Qobuüstü və Kotavan kəndlərində fərdi evlərdə təşkil edilən toy mərasimlərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi aşkarlanıb. Həmin toy sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir