Sentyabrın 27-də Saatlı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai birliyin təşkilatçılığı ilə “Sağlam Həyata Təminat” norkomaniyaya qarşı mübarizə tədbirlərinin təşkili layihəsi üzrə 2-ci təlimlər keçirilib.
 

Tədbirdə gənclər arasında narkomaniyanın yayılmasının qarşısının alınması barədə müzakirələr aparılıb. Bildirilib ki, ümumbəşəri bəla olan nakomaniya ilə mübarizədə hər bi vətəndaş fəal iştirak etməlidir.