Şirvanda güclü partlayış baş verib.
Foodinfo.az-ın məlumatına görə, hadisə şəhərin Tofiq İsmayılov küçəsində yerləşən çörəkbişirmə sexində qeydə alınıb.
Partlayış zamanı sexdə gecə növbəsində işləyən şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Zaur Kamil oğlu həyatını itirib.
Partlayışın hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, hadisə zamanı sexin qarşısında olan bir avtomobilə də ciddi ziyan dəyib.
***
Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, avqustun 29-u saat 23:50-də Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən çörək bişirmə sexində partlayış baş verib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən sexdə qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində sexin yaxınlığında quraşdırılan, suyun qızdırılmasını təmin edən dəmir soba 60 metr uzaqlıqda olan avtomobilə dəydikdən sonra yaxınlıqda dayanmış Zaur Əliyevə dəyib. Z.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 187.1-ci (xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir