“Pandemiya dövründə sahibkarların idxal-ixrac əməliyyatlarının xidmətlərindən yararlanması üçün mütəmadi tədbirlər həyata keçirildi. Ötən ildən müraciətlərin elektron qaydada qəbul edilməsi istiqamətində lazımi tədbirlər yükunlaşdı”. Foodinfo.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İdxal və ixraca nəzarət şöbəsinin müdiri Orxan Mikayıl “Təhlükəsiz qida” onlayn verilişində deyib. Şöbə müdiri qeyd edib ki, pandemiya dövründə ölkədə ərzaq təhlükəsizliyinin qorunması, ərzaq qıtlığının və ticarət dövriyyəsinin sərbəst şəkildə həyata keçirilməsi və digər istiqamətdə lazımi addımlar atıldı: “Bu dövr ərzində Agentlik lazım olan bütün tapşırıq və çağırışları tam olaraq icra etdi. Ölkədə əhalinin sağlam və təhlükəsiz qida ilə təminatında öz üzərinə düşən işi layiqincə yerinə yetirə bildi. Kənd təsərürfatı məhsullarının ixrası ilə bağlı ötən il yüksək statistik göstəricisi oldu. Bu il də həmin tendensiyanın davam etdirilməsi nəzərdə tutulur”.