Qida allergiyası insanlara uşaqlıqdan və həyatları boyu təsir edə bilər. Terapevt Svetlana Yakuşkina hansı qidaların ən çox allergen olduğunu izah edib.

Mütəxəssis izah edib ki, allergiyanın təzahürü məhsulun özünün allergenlik dərəcəsindən, immunitet və irsi meyllilikdən asılıdır. Onun sözlərinə görə, bu cür məhsullar şərti olaraq güclü, orta və zəif allergenlik dərəcəsi olan məhsullara bölünür.

Ən güclü allergenlər bunlardır: inək südü və tərkibində 20-yə yaxın zülal olan süd məhsulları; balıq və dəniz məhsulları (lakin çay balıqları dəniz balıqlarından daha az allergendir). Onu da qeyd etmək lazımdır ki, dəniz məhsullarının bişirilməsi onların tərkibinə təsir etmir.

Yakuşkina əlavə edib ki, güclü allergenlərə qoz-fındıq, göbələk, bal, toyuq əti, sitrus meyvələri, üzüm, nar, taxıl məhsulları, tropik meyvələr, qırmızı giləmeyvə, sarı və qırmızı tərəvəzlər, həmçinin qəhvə və kakao daxildir. Mütəxəssisin fikrincə, dənli bitkilərə qarşı allergiyanız varsa, tərkibində qlüten olan qidaları və yeməkləri istifadə etməməmək daha yaxşıdır.

Fərid