Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Foodinfo.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında iyulun 27-si axşam, 28-də şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.
İyulun 27-si axşam respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir.
Dolu düşəcəyi ehtimalı var. Gözlənilən intensiv yağışla əlaqəli bəzi dağ çaylarndan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Qərb, şimal-qərb küləyi arabir güclənəcək.
Əlverişsiz hava şəraiti iyulun 29-dək davam edəcək.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir