Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin əməkdaşlarının görüşü keçirilib.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, görüşdə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə birgə fəaliyyət planına əsasən, AQTİ və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin laboratoriyalarının nümayəndələri arasında həyata keçiriləcək qarşılıqlı təcrübə mübadiləsilə bağlı danışıqlar aparılıb. Ölkəmizdə heyvan sağlamlığının təmin olunması istiqamətində qurulacaq Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi (HİQS) ilə əlaqədar məsələlər müzakirə olunub.