Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də düşmən tapdağı altında olan torpaqlarımızın azadlığı uğrunda başladığı zəfər yürüşü 44 gün sonra qalibiyyətlə başa çatdı. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi, yenilməz Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Vətən müharibəsi zamanı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları da bu öz şərəfli vəzifələrini icra etmək üçün Azərbaycanın müzəffər Ordu sıralarına qatıldı.
Foodinfo.az-ın məlumatına görə, Agentliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Qurban bayramı” günü münasibətilə Agentlik tərəfindən “Vətən müharibəsi”nin iştirakçıları və onların ailə üzvləri xüsusi karantin qaydalarına riayət edilməklə ziyarət olunub, rəhbərliyin diqqət və qayğısı onların nəzərinə çatdırılıb. “Vətən müharibəsi” iştirakçılarına, habelə ailə üzvləri döyüşlərdə şəhid olmuş və yaralanmış Agentlik əməkdaşlarının ailə üzvlərinə dəstək üçün ərzaq sovqatı hazırlanaraq paylanılıb.
Qeyd edək ki, “Vətən müharibəsi”ndə Agentliyin 22 nəfər əməkdaşı iştirak edib, onlardan bir çoxu “Şuşa, Cəbrayıl, Füzuli, Xocavənd, Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər və Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Agentliyin Həmkarlar İttifaqı Təşkilatı tərəfindən mütəmadi olaraq, işçilərin əmək şəraitinin yaxşılaşdırılması və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində bu cür tədbirlər davam etdirilir.
Son xəbərlər
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır