Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. Vəzifə: Trade Marketinq üzrə Şöbə Müdiri İş yeri: Bakı şəhəri İş təcrübəsi: FMCG sahəsində minumum 3- il iş təcrübəsi Təhsil: Ali (Marketinq və ya İqtisad yönümlü) Yaş həddi: 25 - 35 yaş Foodinfo.az-ın məlumatına görə, vəzifə öhdəlikləri aşağıdakılardır: - Satışın əsas məqsədlərini və ehtiyac duyulan fondları şirkət daxilində müəyyənləşdirmək və uyğunlaşdırmaq. - Digər şöbələrlə birlikdə Satış Yanaşma strukturuna və Satış hədəflərinə kateqoriya və markaya görə doğru və tam planlar hazırlamaq. - Tanıtım planlarının promosyon qaydaları daxilində olmasını təmin etmək. - Yeni təşəbbüslərin uğurlu olmasını təmin etmək üçün satış planlarını və konsepsiyasını hazırlamaq. - Proqnozlaşdırma prosesinə töhvə vermək və Tələbat idarəetmə qrupu ilə sıx əməkdaşlıq etmək. - Uğurla tətbiq olunmuş modelləri analiz edib yenidən tətbiq etmək. - Sistemdə məlumatların mövcudluğunu təmin etmək, nəticələri izləmək və lazım olduqca düzəldici tədbirləri görmək. Tələblər: - Analitik düşünmə və problemləri həll etmə bacarığı; - Yüksək liderlik və komandanı idarə etmə bacarığı; - Güclü ünsiyyət qurma bacarığı; - Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı; - MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı; Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: - İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; - Nahar ilə təmin edilmə. İş qrafiki: 5 günlük Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Ticari Markeitnq üzrə Şöbə Müdiri” yazaraq CV göndərməklə müraciət edilir