Məlum olub ki, qış xəstəlikləri zamanı bal ilə süd içmək faydalı deyil, zərərlidir.
Bəs xəstə olanda bal ilə süd içməyin zərərləri nədir?
İllərdir xəstələndiyimiz zaman fayda tapmaq üçün etdiyimiz ilk işlərdən biri bal ilə süd içməkdir. Ancaq bu, sizə fayda əvəzinə zərər verə bilər.
Foodinfo.az-ın məlumatına görə, xəstə ikən ballı süd içmək bədən ifrazatlarının qatılaşmasına səbəb olur. Eyni zamanda xəstələndikdə bal ilə süd içmək reflüks, postnazal damcı, burun tıxanıqlığı və əgər varsa, adenoidlərin böyüməsinə səbəb olur.
Xəstə olanda bal ilə süd içmək əvəzinə, siz bitki tərkibli çaylar, bulyonlar və evdə hazırlanmış qatıq istehlak edə bilərsiniz. Xəstə olduğunuz zaman həddindən artıq qəhvə və çay istehlakını da məhdudlaşdırmalısınız. Çünki bunlar orqanizmin susuzluğunu artırır və viruslarla mübarizə aparmasına mane olur.