Xəstəliyi aşkar etmək həmişə asan olmur. Bəzən gözlənilməz əlamətlərin arxasında gizlənir. San-Fransiskodakı Kaliforniya Universitetinin Yaddaş və Yaşlanma Mərkəzinin neyropsixoloqu, Ph.D. Katherine Rankin xəstəliyin az bilinən simptomlarını adlandırıb.
Birincisi, yaddaş pozğunluğu olan (demans) insanlar sarkazmı anlamaqda çətinlik çəkirlər. Həm də həmişə yalanı tanıya bilmirlər. İkincisi, tez-tez düşmələr demansın erkən əlaməti ola bilər.
Üçüncüsü, qanunlara və sosial normalara etinasızlıq demensiyanı göstərə bilər. Xəstə insanlar qeyri-adekvat davrana, cinsi şərhlər verə və hətta cinayət törədə bilərlər.
Dördüncüsü, demans xəstəsi gözlərini normal hərəkət etdirə bilmir. Bu, oxuyarkən nəzər salmaq, oxumaqda çətinlik çəkmək və ya sətirləri atlamaq kimi özünü göstərir.
Nəhayət, yeyilməz əşyalar və ya vaxtı keçmiş qidalar yemək gözlənilmədən demansın əlaməti ola bilər.