Rusiyanın Ryazan şəhərində təqaüdçü yemək bişirərkən yanğın törədib.
Foodinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rayon üzrə mətbuat xidmətindən bildirilib.
Yanğının söndürülməsinə 3 texnika cəlb olunub. Hadisə nəticəsində 1961-ci il təvəllüdlü qadın xəsarət alıb.
İlkin məlumata görə, qəzaya səbəb yanğınla ehtiyatsız davranma olub.