Martın 31-də Lənkəran-Astara Regional Təhsil İdarəsində yeni təyin olunmuş direktor və direktor müavinləri ilə görüş keçirilib.
Foodinfo.az xəbər verir ki, görüşdə 15 iyul və 20 noyabr tarixlərində təşkil olunan Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində şagird sayı 500-dək olan məktəblərdə vakant olan direktor, direktor müavini vəzifələrinə təyin olunmuş direktor, direktor müavinləri, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqədə uğur qazanıb təyinat alan direktorlar, həmçinin yerdəyişmə müsahibəsində uğur qazanan direktorlar iştirak edib.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, idarənin Maliyyə-iqtisadiyyat, İnzibati təşkilat, Tədrisin keyfiyyəti sektorunun əməkdaşlarının, rayon təhsil sektor müdirlərinin iştirakı ilə keçirilən görüşdə müxtəlif istiqamətlər üzrə müzakirələr aparılıb, təlimatı tapşırıqlar verilib, məktəb sənədləri, tədrisin təşkili, ümumi idarəetmə və s. barədə diqqətdə saxlanılmalı məsələlər diqqətə çatdırılıb.