Səhər yeməyində yumurta ilə birlikdə çay içmək təhlükəlidir.
 
Foodinfo.az xəbər verir ki, bunu türkiyəli diyetoloq Veysel Ciğerli deyib:
“Bunun səbəbi çayın içərisindəki “tanen” adlı maddənin dəmir əmilməsini azaltmasıdır. Buna görə də yumurta və çay birlikdə içilməməlidir. Bu sağlamlığınız üçün təhlükəlidir. İki asidik qidanın birlikdə qəbulu zəhərlənmə riskini artırır. Yeməklərin yanında yeyilən qatıq və turp, mədədə yanma və turşuluğa səbəb olar. Həmçinin həzmi də çətinləşdirir.
Ət, balıq, toyuq ilə süd, süd məhsulları və yumurtanı ayrı yeməlisiniz. Soğan ilə sarımsaq da birlikdə yeyilməməlidir. Bunlar dəridə ləkələrə, baş fırlanmasına və mədədə həzmsizliyə yol açar. Çay və qəhvənin yeməklərlə birlikdə qəbulu dəmir miqdarını aşağı salır. Mütəxəssislər bu içkilərin yeməkdən ən az 45 dəqiqə sonra içilməli olduğunu deyirlər”.