Ekspertlərin fikrincə, yuxusuzluq problemi xüsusilə pandemiya dövründə olduqca artıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Mütəxəssislər yuxu probleminin immunitetə kəskin təsiri olduğunu bildirirlər.
Bu problemi aradan qaldırmaq üçün diqqət etməli olduğumuz məqamlar:
Yuxunuz gəlmədən yatağa uzanmayın. Bu psixoloji amil sizin yuxusuz qalmağınıza səbəb ola bilər. Yatağınızın sizə yuxusuzluğu deyil, yuxunu xatırlatmasına çalışın.
Sosial media asılılığı bu problemin səbəbləri arasında mühüm yer tutur. Bu səbəbdən yatağa telefonla girmək tövsiyə edilmir.
Gün ərzində hərəkətsiz qalmayın. Mütəmadi olaraq idmanla məşğul olmaq, idman hərəkətləri etmək problemin həllinə kömək olur.
Kafein, nikotin spirtli içkilər yuxu rejiminin pozulmasına səbəb olur.
Ekspertlər həmçinin yuxu və oyanma vaxtlarının nizama salınmasının bu işdə önəmli rol oynadığını vurğulayırlar.
Leyla