Yuyucu vasitə allergiyası dəridə qaşınma, qızartı, qıcıqlanma, quruluq və səpgi kimi özünü büruzə verir.
Foodinfo.az xəbər verir ki, yuyucu vasitələrə qarşı allergiya ümumiyyətlə həssas dərisi olan insanlarda və allergiyaya meylli şəxslərdə daha çox rast gəlinir. Həddindən artıq təmizlik, yüksək dozada yuyucu vasitələrdən tez-tez istifadə, bu vasitələrin dəri ilə uzun müddət təması bu allergiyanın yaranmasında rol oynayır.
Yuyucu vasitələrə qarşı allergiya simptomları aşağıdakıları əhatə edə bilər:
- Dəridə qızartı, qıcıqlanma, qaşınma və quruluq
- Qabarcıqlar və ya qabıqlanma
- Dəridə yanma və ya ağrı hissi
- Ekzema və ya kontakt dermatitin simptomları
Yuyucu vasitələrə qarşı allergiyası olan insanlar aşağıdakı ehtiyat tədbirlərini tətbiq edə bilərlər:
- Yuyucu vasitələrdə kimyəvi maddələr olduğundan siz həssas dərilər üçün hazırlanmış yuyucu vasitələrdən istifadə edə bilərsiniz.
- Bu vasitələrlə təması məhdudlaşdırmaq və ya bu zaman əlcək geyinə bilərsiniz.
Əgər yuyucu vasitələrə qarşı allergiya kəskinləşirsə, həkimə müraciət etmək və allergiya testlərindən keçmək vacibdir.