Zob xəstəliyi başladıqdan sonra 6 ay içində gözdə də əlamətlər başlayır (Tiroid orbitopatiya).

Bədəndə əmələ gələn əks cisimlər gözün əzələlərini, göz ətrafı yumşaq toxumaları özünə hədəf seçir. Bu toxumalarda iltihab, ödəm, həcm artışı yaranır.

Xəstəliyin əlamətləri:

-Üst göz qapağının çox açılması (qapağın retraksiyası). Bu zaman xəstədə əsəbi görünüş olur;

-Gözlərdə sulanma, yanma, batma;

-Üst və alt göz qapaqlarının şişkinliyi, gözlərdə qızarıqlıq, konyuktivanın şişkinliyi;

-Göz əzələrinin tutulumuna bağlı iki görmə (diplopiya), göz əzələlərinin hərəkəti zamanı ağrı, hərəkət məhdudiyyəti, çəplik;

-Gözün önə doğru çıxması (ekzoftalmus).

Tiroid orbitopatiya zamanı göz qapaqlarındakı dəyişiklikləri, gözün önə çıxmasını, çəpliyi aradan qaldırmaq üçün əməliyyat icra olunur.

Göz qapağının çox açılmasını (retraksiyasını) aradan qaldırmaq üçün blefarotomiya əməliyyatı icra edilir.

Əgər görmə sinirinin sıxılması (dekompressiyası), göz almasının önə çıxması (ekzoftalmus) varsa, göz yuvasının dekompressiyası əməliyyatı olunur