Təcrübəli evdar xanımlar heç vaxt alma qabığını atmırlar, çünki tərkibində vitaminlər olan bu hissə daha bərk olsa da, onu ədviyyat və qida əlavəsi kimi istifadə etmək olar.

Məsələn, qurudulmuş qabıqları qəhvə dəyirmanında üyüdüb toz halına saldıqdan sonra sıyıqlara, yulaf əzməsinə, yaxud şirniyyatlara və meyvə salatlarına əlavə etmək olar.

Alma qabığı ilə dəmlənən çay isə həm çox dadlı, həm də faydalı olur. Bu çayın daha dadlı olması üçün, həmçinin, melisa və ya nanə, itburnu, limon qabığı əlavə edin. Yarım saat dəmləndikdən sonra nuş edin.

Leyla