Tibbi ekspert Vera Serejin xəbərdarlıq edib ki, qida məhsullarının tərkibində olan kanserogenlər xərçəngə tutulma riskini artırır. Foodinfo.az bildirir ki, onun sözlərinə görə, xərçəngin əsas səbəblərindən biri spirtli içkidir. Lakin kimyəvi maddələrlə işlənmiş ət və hətta meyvələr də orqanizm üçün təhlükə yaradır.

Həkim bildirir ki, məhsulların hisə verilməsi və ya qızartılması zamanı orqanizmin hüceyrələrinə zərər verən maddələr buraxılır. Hətta səhv hazırlanmış kabab da toksin mənbəyinə çevrilə bilər. Turşu yeyəndə də xərçəng riski artır. Bundan əlavə, souslar, marqarin və mayonezlə diqqətli olmalısınız.