Fermentasiya problemi olmadan, sadə fəndlərlə möhtəşəm xəmir hazırlamaq mümkündür.

 Foodinfo.az günlərlə köhnəlməyən praktik poğaça reseptini sizə təqdim edir:

 İçliyini İstəsəniz qiymə, kartof və ya pendirlə də hazırlaya bilərsiniz.

Materiallar:

1 su stəkanı yağ

2 stəkan qatıq

1 yumurta (1 yumurtanın sarısı ayrılacaq)

3 paket qabartma tozu

1 çay qaşığı sirkə

1 çay qaşığı dənəvər şəkər

1 çay qaşığı duz

3-3,5 stəkan un (az-az əlavə edin)

İç üçün lazım olanlar:

100 qram pendir ( ət və ya kartof da ola bilər)

1/3 dəstə cəfəri

Hazırlanma qaydası:

Otaq temperaturunda qatığı, yumurta ağını və yağı qarışdırıcı qaba alıb yaxşıca qarışdırın.

Bütün digər inqrediyentləri əlavə edib yoğurun. (Yapışmayan xəmir olmalıdır.)

Kiçik və ayrı bir qabda pendiri xırdalayın, cəfərini xırda doğrayaraq pendirə əlavə edin.

Xəmirdən naringi böyüklüyündə parçalar qoparın.

Əlinizlə açın, içliyi qoyun və bağlayın. Əllə sıxıb düz forma verə bilərsiniz.

Hamısı hazır olduqda onları yağlı kağızlı qaba qoyun.

Üzərinə yumurta sarısı sürtün, küncüt səpin, əvvəlcədən isidilmiş 180 dərəcə sobada 20 dəqiqə bişirin.

Xəmiriniz üçün istifadə edəcəyiniz bütün maddələrin otaq istiliyində olmasına diqqət yetirin.

Şişirilmiş xəmirlər üçün inqrediyent siyahısındakı süd və su kimi maye inqrediyentləri ilıq şəkildə istifadə etməlisiniz. Bunun üçün süd və suyu ayrı qablarda qızdıra bilərsiniz.

Xəmir üçün istifadə edəcəyiniz unu və digər quru inqrediyentləri ələkdən keçirərək istifadə etməlisiniz.