Aralıq dənizi pəhrizi Aralıq dənizi ilə həmsərhəd ölkələrin ənənəvi pəhrizlərinə əsaslanan bir termindir və 1950-ci illərdə diqqət çəkməyə başlamışdır. Qərb ölkələri ilə müqayisədə Aralıq dənizi ölkələrində ürək xəstəliklərinin daha az olması bu pəhrizi məşhurlaşdırıb.
Foodinfo.az xəbər verir ki, qida müxtəlifliyi Aralıq dənizi pəhrizinin əhəmiyyətli bir xüsusiyyətidir və bu pəhriz ilə bədənə müxtəlif fitokimyəvi maddələr verilir. Angel Keys tərəfindən təyin olunan Aralıq dənizi pəhrizinin tərəvəz, meyvə, çörək, dənli bitkilər, paxlalılar və yağlı toxumlar kimi müxtəlif bitki mənşəli qidaları ehtiva etdiyi müəyyən edilmişdir.
Bu pəhrizdə əsas yağ mənbəyi olan zeytun yağına üstünlük verilir, qırmızı ət isə ayda cəmi 1-2 dəfə istehlak edilir və pəhrizdə balıq mühüm yer tutur. Buna görə də Aralıq dənizi pəhrizi adekvat və balanslaşdırılmış qidalanmanın mühüm nümunəsi hesab olunur.
Aralıq dənizi pəhrizi ilk dəfə ürək sağlamlığına müsbət təsirləri ilə tanınıb. Bu ilkin kəşflər onu daha sonra digər sağlamlıq problemlərinə təsirlərini araşdırmaq üçün motivasiya edib. Bu gün Aralıq dənizi pəhrizinin bir çox faydaları məlumdur. Bu pəhrizin faydalarından bəziləri bunlardır:
Ürək sağlamlığını dəstəkləyir. Aralıq dənizi pəhrizi insanların insult riskini azaldır. Aralıq dənizi pəhrizi digər pəhrizlərə nisbətən damarlarda daha az lövhə yığılmasına səbəb olur.
Qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir. Bu balanslaşdırılmış pəhriz qan şəkərinin səviyyəsini tənzimləməkdə və insulin müqavimətinin inkişaf riskini azaltmaqda təsirlidir.
Beyin funksiyasını qorumağa kömək edir. Aralıq dənizi pəhrizinin əsas elementlərindən biri qoz-fındıq və zeytun yağı kimi sağlam yağları seçməkdir. Digər pəhriz növlərindən daha çox sağlam yağ ehtiva edən bu pəhriz beyin funksiyasına qoruyucu təsir göstərir.
Bağırsaq sağlamlığını dəstəkləyir. Aralıq dənizi pəhrizində daha az sadə karbohidratlar var, onlar qidalandırıcı və aşağı doyma hissi verir. Lif və antioksidant baxımından yüksək qidalara daha çox üstünlük verilən bu pəhriz bağırsaq sağlamlığını dəstəkləyir.
Xərçəngə qarşı qoruyucudur. Aralıq dənizi pəhrizi meyvə-tərəvəzlə zəngin bir pəhriz olduğundan, antioksidantlarla da zəngin bir pəhrizdir. Antioksidantlar bədəndəki sərbəst radikalları bağlayır və bu xüsusiyyəti ilə xərçəngə qarşı qoruyur.
Qan yağlarının tənzimlənməsinə kömək edir. Aralıq dənizi pəhrizi qeyri-sağlam yağ istehlakını azaldır, trans yağ qəbulunu məhdudlaşdırır.