Qış günlərini evdə keçirən və istər-istəməz kökələnlər bu üsulu sınamalıdır. Bu resept ilə arıqlamaq və qarındakı piyləri əritmək çox asandır. Normal şəraitdə uzun müddətli və əzmkar bir iş tələb etsə də, nizamlı olaraq hazırlayacağınız bu içki ilə artıq kilonuzdan rahatlıqla xilas ola bilərsiniz.

 Foodinfo.az xəbər verir ki, arıqlamaq prosesini sürətləndirmək üçün ilk növbədə bol su içmək lazımdır. İdmanla məşğul olsanız da, su içməsəniz heç vaxt istədiyiniz nəticəni ala bilməyəcəksiniz. Su içmək arıqlamaqda ən vacib detaldır.

Əgər su içməyi unudan birisinizsə, xatırlatma qurmaq tövsiyə olunur. İdman edərkən çox tərləyəcəyiniz üçün maye itkinizi su istehlak edərək qarşılaya bilərsiniz. Sizi tox tutma xüsusiyyətinə də sahib olan su aclıq hissini boğur. Kifayət qədər su istehlak edərək həddindən artıq yemək vərdişinizə də qalib gələ bilərsiniz.

Diyetoloqların tez-tez etdiyi xəbərdarlıqlarda su sərfiyyatına diqqət yetirməli olduğunuz deyilir. Mütəxəssis Entoni Lenti gündə orta hesabla 2 litrdən 2,5 litrə qədər su içməyi tövsiyə edir. Su istehlakı orqanların səmərəli işləməsi baxımından çox faydalıdır.

Su istehlak edərkən arıqlama prosesini sürətləndirməkdən ötrü suya limon əlavə edə bilərsiniz. Bu üsul su içməyi sevməyənlər üçün su içməyi sevimli hala gətirəcək.

Suya limon əlavə etmək arıqlamaq üçün çox təsirli bir üsuldur. Su içməyi sevməyənlərin köməyinə gələn limon həm də təravət hissi verir. Suyun dadını çox kalorili olmayan bir şəkildə yaxşılaşdıran bu üsul üzərində aparılan araşdırmaların arıqlamada təsirli olduğu müəyyən edilib. Bildirilir ki, bu, limonun tərkibindəki polifenollar sayəsində çəki artımını boğur və orqanizmdə yağ yığılmasının qarşısını alır.