Tərkibində təbii inqrediyentlər olan çipslər sağlamlıq və çəkiniz üçün minimal risk yaradır. 

 Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq, qastroenteroloq və terapevt Aleksandra Razarenova məlumat verib.

Həkim vurğulayıb ki, çipslərdəki ləzzət artırıcı maddələrdən və aromatizatorlardan uzaq durmaq vacibdir.

Əgər insan çips yemək istəyirsə, o zaman tərkibində yalnız kartof, duz, təbii ədviyyatlar və bitki yağları olmalıdır. Belə çipslər bazarda var, lakin onların qiyməti digərlərindən qat-qat yüksəkdir.

Həkimin qeyd edib ki, kartof çipslərini özünüz bişirə bilərsiniz, lakin evdə hazırlananlardan da çox yemək məsləhət deyil.