Bolqar bibəri yaydan oktyabr ayına qədər piştaxtalarda yerini alır. Bolqar bibərini bütün il boyu istehlak etmək istəyirsinizsə, onu dondura bilərsiniz. 

 Foodinfo.az xəbər verir ki, vətəni Mərkəzi və Cənubi Amerika olan bolqar bibəri yeməklərdə tez-tez istifadə olunur. Ümumiyyətlə bolqar bibərinin yaşıl rənginə üstünlük verilsə də, qırmızı və sarı kimi fərqli rəng seçimləri də var. Tərkibində çoxlu vitaminlər olan bolqar bibəri həm çiy, həm də bişirilərək istifadə edilir.

Bu bibəri ilin bütün fəslində istifadə etməkdən ötrü onu dondurub saxlamaq lazımdır.

Bəs bolqar bibərini necə dondurmaq olar? 

Bolqar bibərləri yuyulur. 

Yuyulmuş bibərlərin arxası kəsilərək içi çıxarılır. 

Daxili toxumlardan yaxşıca təmizlədikdən sonra kənara qoyulur. 

Tamamilə qurudulmuş bolqar bibərləri yağlı kağız sərilmiş qablara qoyulur. 

Dondurulduqdan sonra istədiyiniz miqdarda torbalara ayıra bilərsiniz.

Yemək hazırlayarkən dondurulmuş bolqar bibərini necə əritmək olar? 

Bibər dolması hazırlayarkən bolqar bibərini əritməyə ehtiyac yoxdur. Bolqar bibərinin içinə hazırladığınız qarışığı dondurulmuş halda doldura bilərsiniz. Sonra hər zamanki kimi bişirə bilərsiniz.