Yeməkdən sonra sağ tərəfinizdə niyə ağırlıq hiss etdiyinizi, nəfəs almaqda çətinlik çəkdiyinizi bilirsiniz?

Foodinfo.az xəbər verir ki, belə simptomlar bədəndə öd durğunluğuna işarə edə bilər. 

İlkin mərhələlərdə öd durğunluğu asanlıqla düzəlir, lakin vəziyyətə laqeyd yanaşılsa, təcili əməliyyat tələb oluna bilər.

Bitki yağları bədəndə öd axınını təşviq edir və həzm sisteminin yaxşılaşmasına kömək olur. Həzm sistemi üçün ən faydalıları bunlardır: günəbaxan, zeytun, qarğıdalı və kətan yağı. Onları yeməkdən yarım saat əvvəl istifadə etmək məsləhətdir. Bu yağlar ödün ifrazını stimullaşdırır.