Arıqlamaq üçün ən təsirli və praktik üsul bu toxumdadır. Bu möcüzəvi toxumun cəmi 1 qaşığı sizin piyləri azaltmağa və artıq çəkinizlə asanlıqla vidalaşmağınıza kömək olacaq. Gündə iki dəfə mütləq istehlak etməyiniz məsləhət görülür.
Bəs bu arıqlamağı asanlaşdıran toxum hansı toxundur?
Foodinfo.az bildirir ki, indiki vaxtda çoxunu maraqlandıran məsələ necə arıqlamaq fikridir. Ancaq insanlar sıx iş qrafiki səbəbindən ideal çəkiyə çatmaq üçün diqqət və səy göstərə bilmirlər. Buna görə də çoxu həmişə daha asan, daha sadə və daha sürətli həll yolları axtarır.
Toxumlar arıqlamaq üçün son dərəcə təsirli olan qida ilə zəngin superfoodlardır. Onlar yağ turşuları, omeqa-3, lif, vitaminlər, minerallar və zülal kimi qida maddələri ilə zəngin olduqları üçün onları müntəzəm olaraq istehlak etmək çəki idarə etməyə kömək edir.
Kətan toxumu pəhriz siyahılarında ən çox sevilən qidalardan biridir. Tərkibindəki lif sayəsində uzun müddət toxluq hissi yaradır və qəbizliyin qarşısını alır.
1 xörək qaşığı kətan toxumunda cəmi 37 kalori var. Bundan əlavə, 1 xörək qaşığı kətan toxumu 2 qram lif ehtiva edir. Sağlam və təsirli bir şəkildə arıqlamaq istəyirsinizsə, üyüdülmüş kətan toxumu istehlak etməlisiniz.
Arıqlamaq üçün səhər və axşam acqarına birbaşa 1 çay qaşığı kətan toxumu istehlak etməli və dərhal sonra 1 stəkan su içməlisiniz.
Kətan toxumunu az yağlı qatıqla qarışdıraraq da istehlak edə bilərsiniz.