Faydaları sonsuz olan qozu bu üsullarla uzun müddət xarab olmadan saxlamaq mümkündür. Bu üsulla saxlanılan qoz heç vaxt kiflənmir və çürümür.
Qoz yüksək qida dəyəri olan meyvə kimi tanınır. Xüsusilə beyin sağlamlığı üçün daha faydalı hesab olunur. Qoz doyurucu bir qida olduğu üçün qəlyanaltı kimi də istehlak edilə bilər.
Tez-tez istifadə edilən qoz bəzən evdə kiflənir və xarab olur. Bu vəziyyətdə qoz heç vaxt yeyilməməli və atılmalıdır.
Foodinfo.az qozun saxlanma üsullarını təqdim edir:
Qozun tərkibində sağlam yağlar var. Bu səbəbdən o, digər qoz-fındıqlardan daha tez təravətini itirir. Əlbəttə ki, bunun qarşısını almaq üçün edə biləcəyiniz şeylər var. İlk növbədə qozu qabıqlı və ya qabıqsız soyuducuda saxlamaq lazımdır. Bir ay ərzində istifadə edəcəksinizsə, soyuducuda saxlayın, daha uzun müddət istifadə edəcəksinizsə, dondurucuda saxlayın.
Dondurucuda qoz bir ilə qədər saxlanıla bilər. Qoz işıqdan və istilikdən uzaq tutmalısınız. Qozları qırmadan saxlayın. Onu sındırdığınız zaman havaya daha çox məruz qalacağı üçün quruyacaq.
Təzə qoz alarkən onu heç vaxt köhnə qozla qarışdırmayın.