Çay saatlarınıza dad qatacaq qatıqlı peçenye reseptimizlə tanış olun. 

Hazırlanması çox praktik, həm də ləzzətli qatıqlı peçenyelər çay saatlarınızın əvəzolunmaz dadı olacaq. Bəs qatıqlı peçenye necə hazırlanır?

 Foodinfo.az qatıqlı peçenyeni təqdim edir:

Lazım olanlar:

1 armudu stəkan ərinmiş marqarin

1 armudu stəkan duru yağ

1 su stəkanı qatıq

1 yumurta

1 su stəkanı şəkər

1 xörək qaşığı portağal qabığı

1 paket vanil

1 paket qabartma tozu

3 stəkan un

Üzəri üçün:

1 yumurta sarısı

3 xörək qaşığı şəkər

Hazırlanması:

Yumurta və şəkər tozunu köpüklənənə qədər qarışdırın. Sonra üzərinə əridilmiş yağı, duru yağı və qatığı əlavə edin.

Yaxşı qarışdırdıqdan sonra vanil və portağal qabığını tökün. Un, qabartma tozu və vanili əlavə edərək homojen bir xəmir əldə edin.

Xəmirdən qoz böyüklüyündə parçalar götürüb yuvarlayın. Üzərinə yumurta sarısı çəkib şəkər tozu səpin. Onları yağlı kağızla örtülmüş soba qabına yerləşdirdikdən sonra 180 dərəcədə 15 dəqiqə sobada bişirin.