Nənələrimizin bişirdiyi çörək və bulkalar adətən çox yumşaq alınardı və günlərlə qalsa da, bərkiməzdi.
Foodinfo.az oxucularla bunun iki sirrini bölüşmək istəyir.
Birinci sirr – xəmirə qatılan yumurtaların sayının azaldılmasında və ya yalnız sarısının qatılmasındadır.
Məsələ burasındadır ki, yumurtanın ağı hazır un məmulatlarının bir az bərk və quru alınmasına səbəb olur. Belə halda onlar çox qalmayacaq və tez “daşa dönəcək”.
İkinci sirr isə çovdar unundadır. Cəmi 2-3 qaşıq çovdar unu əlavə etmək kifayətdir ki, bişirdiyiniz çörək və ya bulkalar azı 3 gün pambıq kimi yumşaq qalsın.
Natəvan