Ultrabənövşəyi şüalanmaya məruz qaldığı üçün göbələklər çoxlu miqdarda D vitamini toplayır. Foodinfo.az xəbər verir ki, soyuq mövsümdə sağlamlığı qorumaq üçün bu məhsulu müxtəlif yeməklərə əlavə etmək olar. Bu barədə britaniyalı dietoloq Edvard Mater danışıb.

Dietoloqun sözlərinə görə, göbələklər günəş və ultrabənövşəyi şüaların təsiri altında böyüdüyü üçün ən çox D vitamini ehtiva edir. D vitamini bədəndə kalsium və fosforun sorulmasından məsuldur. Bu elementlər sümük sağlamlığı üçün vacibdir. Vitamin D immun, ürək-damar, sinir və endokrin sistemlərin normal fəaliyyətində də iştirak edir və insulin istehsalının və ifrazının adekvat səviyyəsini saxlayır.