Tərkibində çoxlu duz olan bulyonlar ürək-damar xəstəlikləri, hipertoniya və böyrək xəstəliklərinə səbəb olur.
Foodinfo.az xəbər verir ki, mütəxəssislər yeməklərə ləzzət vermək üçün istifadə edilən və tərkibindəki konservantlar sayəsində uzun müddət saxlanılan bulyonların insan sağlamlığını təhlükəyə atdığını bildiriblər.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik duz istehlakının 5 qramın altında saxlanmasını tövsiyə edir. Çin duzu kimi tanınan monosodyum qlutamat müxtəlif insanlarda allergik reaksiyalara, qızartı və başgicəllənməyə səbəb ola bilər. Ən əsası raf ömrünü uzatmaq və ləzzət sabitliyini təmin etmək üçün istifadə edilən süni dadlandırıcılar, rəngləndiricilər və konservantlar kimi əlavələr insan sağlamlığında allergik reaksiyalara səbəb olur.
Sağlamlıq baxımından hazır bulyon istehlak etməkdənsə, evdə öz yeməklərinizə ət suyu, müxtəlif tərəvəzlər, ədviyyatlar tökərək yeməklərinizi dadlandıra bilərsiniz.