Artıq hər kəs marketlərdən alınan alma sirkəsinin tərkibində nə qədər konservant olduğunu bilir. Buna görə də qollarımızı çırmalayaraq evdə alma sirkəmizi özümüz hazırlamağa başlamalıyıq. Alma sirkənizin təbii və orqanik olmasını istəyirsinizsə, istifadə etdiyiniz almaların keyfiyyəti çox önəmlidir. Marketlərdən alacağınız almalara çox da güvənməməyi tövsiyə edirik. Qonşuluqda bir tərəvəz satıcısı varsa, o, təbii alma sata bilər. Buradan aldığınız almalarla sirkəninizin həm dadını, həm də faydasını iki qat artıracaqsınız. 

Maya üçün 1 çay stəkan orqanik alma sirkəsi kifayət edir. 

Sirkə hazırlayarkən istifadə etdiyiniz su təmiz su olmalıdır. Qaynadılmış və ya kran suyunu tövsiyə etmirik. Çünki qaynadılmış suda suyun tərkibindəki sağlam minerallar itə bilər. İstifadə etmək üçün ən yaxşı su qablaşdırılmış sudur. Digər mühüm amil taxta qaşıqların istifadəsi və bankaların təmizlənməsidir. Bankalarda ən kiçik kir qalsa belə, sirkə qıcqıra bilər. 

 Foodinfo.az alma sirkəsinin hazırlanma qaydasını təqdim edir:

 -Almaları yaxşı yuyun.

 -Qabıqları ilə dördə bölünür və özək hissələri təmizlənir. 

-İstifadə edəcəyiniz bankanın yarısını doldurun. 

- Üzərini 2 barmaq boşluq qalacaq qədər təmiz su ilə doldurun.

 -Hazırladığınız bankalara 1 çay stəkanı orqanik alma sirkəsini ( maya sirkəsi) paylaşdırın.

-Hər bankaya bir çay qaşığı duz əlavə edin. 

-Birinci mərhələdə bankanı qapağı ilə örtməyin. Üzərini marlayla rezinləyin. 

-30-45 gün gözləyin, ancaq taxta qaşıqla arabir qarışdırın.

 -30 günün sonunda pulpanı çıxarın və bir çay qaşığı duz əlavə edərək bankanın qapağını bağlayın.

 -Bir müddət sonra sirkənizin üzərində ağ meduzaya bənzər təbəqə əmələ gələcək. Bu sirkə mayasıdır. Bunu gördükdən sonra sirkəniz hazırdır.