Sarımsağı gündəlik rasionunuza daxil etməklə, sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz.
Foodinfo.az xəbər verir ki, gündə yalnız bir diş sarımsaq yesəniz, orqanizmdə hansı müsbət dəyişikliklərin olacağını sizə xəbər veririk.
Sarımsaq immunitet sisteminizi çox gücləndirəcək. Qrip və digər soyuqdəymələri uzun müddət unudacaqsınız.
İkincisi, dərinin vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşacaq, daha elastik olacaq.
Sarımsaq hətta dermatit və bəzi digər dəri xəstəliklərinin də qarşısını alır.
Sarımsağın ürək-damar xəstəlikləri üçün gündəlik qida rasionuna daxil edilməsi də tövsiyə olunur - bu, qan təzyiqini aşağı salmağa kömək edir.
Bundan əlavə, sarımsaq maddələr mübadiləsini yaxşılaşdırır və arıqlamağa kömək edir.

Fərid