Hindistan cevizi südü qatı konsistensiyaya, kremli teksturaya və yüngül təbii şirinliyə malikdir. Tayland və digər Cənub-Şərqi Asiya mətbəxlərində daha çox üstünlük verilir. Hindistanda və bəzi Cənubi Amerika və Karib hövzəsi ölkələrində də məşhurdur.

 Foodinfo.az xəbər verir ki, Hindistan cevizi südünü təbii olaraq yetişməmiş yaşıl kokoslarda olan kokos suyu ilə qarışdırmaq olmaz. Hindistan cevizi suyundan fərqli olaraq, kokos südü təbii olaraq meydana gəlmir. 

Evdə kakos südünü necə hazırlamaq olar?

 Əvvəlcə bütün kokosun üst hissəsini deşib suyunu boşaldın. Yaranan suyu dərhal içə və ya soyuducuda saxlaya bilərsiniz. Sonra hindistan cevizini vuraraq parçalayın. İçindəki ağ əti çıxarın. Blenderdən keçirib üzərinə ilıq su əlavə edin. (1 kokosdan çıxan ağ parçalara düz iki dəfə çox su əlavə etmək lazımdır.) Qarışığı 5 dəqiqə saxlayın və süzün. Yaranan südü bir şüşəyə tökərək soyuducuda saxlayın və 3-4 gün ərzində istehlak edin.

Kakos alarkən nələrə diqqət etmək lazımdır?

Kokos seçərkən onun ölçüsünə və çəkisinə diqqət yetirin. Daha ağır olanlar şirəli və dadlıdır. Hansının daha çox sulu olduğunu anlamaq üçün kokosu əlinizə götürüb silkələyin və içindəki suyun səsinə qulaq asın. Meyvələrin çəkisini də müqayisə edə bilərsiniz. Üzərində heç bir çat olmadığından əmin olun. Qabığı çatlamış kokosda su az olur. Bundan əlavə, çatlamış qabıqlar kif əlaməti ola bilər. Hindistan cevizinin üzərində 3 nöqtə var. Buna hindistan cevizi gözləri də deyilir. Bu delikləri əlinizlə basaraq yoxlayın. Hər hansı bir yumşaqlıq varsa, bu meyvəni seçməyin. Çünki dəliklər kokosun daşınma zamanı zədələnib- zədələnmədiyini göstərir. Kokosun dəliklərindən meyvəni iyləyin. Turş və ya acı bir qoxu varsa, almayın. Yaşıl qabıqlarından ayrılmamış kokos almaq niyyətindəsinizsə, meyvənin çölünü yoxlayın və nəm olmadığından əmin olun. Hindistan cevizi nəmdirsə, ehtimal ki, qabıq çatlamışdır. Həmçinin qabığın parlaq yaşıl rəngdə və qəhvəyi ləkələr olmadığından əmin olun.