Sağlamlığa faydalı tərəvəz olan soğan həm çiy, həm də bişmiş şəkildə istifadə edilir.

Təbii antibiotik funksiyasını yerinə yetirən soğan xüsusilə qışda immunitetin güclənməsində böyük rol oynayır.

 Foodinfo.az xəbər verir ki, soğan xüsusilə A, C və B vitaminlərinin mühüm mənbəyidir. O, həmçinin kükürd, yod, kalsium, dəmir, folat, maqnezium, fosfor, kalium və antioksidantlarla zəngindir.

A vitamini həm infeksiyalara qarşı immuniteti, həm də göz sağlamlığını dəstəkləyir. B vitaminləri suda həll olunan vitaminlərdir. B vitamini immunitet və sinir sisteminin düzgün işləməsinə kömək edir. C vitamini isə xüsusilə qışda xəstəliklərdən qorunmağa kömək edir.

 Ağ və quru soğan yeməklərdə bişirildiyi kimi, təzə yaşıl, qırmızı və bənövşəyi soğan isə salat və ya yeməklərdə çiy olaraq istifadə edilir.

Xüsusilə qış aylarında havaların dəyişməsi ilə immun sistemi zəifləyir. Virus və bakteriyalara qarşı təbii antibiotik kimi fəaliyyət göstərən soğan zəifləmiş immunitet sisteminin güclənməsinə dəstək verir. Soğan tərkibindəki kükürd (kükürdlü maddələr) sayəsində antibakterial təsir yaradır.

Böyüklər və uşaqlar soğanı çox asanlıqla yeyə bilərlər.

Doğranmış soğan soyuducuda qapalı qablarda və ya kilidli torbalarda saxlansa belə, maqnit kimi bakteriya və qoxuları özünə çəkərək içində saxlayır. Dilimlənmiş soğan bir gecədə belə öd ifrazını, mədə turşusunu artırır və qida zəhərlənməsinə səbəb ola bilər.

Soğanı istifadə edə biləcəyiniz qədər soyub doğrayın. Kəsilmiş soğanı soyuducuda saxlayıb növbəti gün istifadə etsəniz, sağlamlığınıza böyük zərər vermiş olarsınız.