Toyuq əti idmanla məşğul olan və diyeta saxlayan insanların ən çox sevdiyi qidalardan biridir. Həmçinin o, ucuz və az yağlı məhsuldur. 100 qram toyuqda təxminən 15 qram protein, 16 qram yağ və cəmi 120-130 kalori var və praktiki olaraq heç bir karbohidrat yoxdur.  Həmçinin, toyuq əti asanlıqla həzm olunur, mədə-bağırsaq traktının qıcıqlanmasına səbəb olmur və dayaq-hərəkət sisteminin formalaşması üçün lazım olan çoxlu kalsium, fosfor və zülalları ehtiva edir.

Bununla belə, həftədə üç dəfədən çox toyuq yemək olmaz. Bu, bədəndə kalsiumun həddindən artıq qəbulu səbəbindən urolitiyaz və ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər.

Leyla