Yay mövsümünün ən ləzzətli qəlyanaltılarından biri olan qarğıdalı bir çox fərqli alternativlə istehlak edilə bilər. Qarğıdalının öz saçağı ilə yanaşı inanılmaz faydaları var. 

 Foodinfo.az qarğıdalı saçağı çayının faydalarını təqdim edir:

Qarğıdalı saçağı çayı sidik yolları infeksiyası üçün təbii vasitələrdən biridir. Sidikqovucu xüsusiyyəti ilə bədəndən zərərli maddələrin atılmasında çox təsirlidir.

 Bu çay bəlğəmgətirici xüsusiyyətlərinə görə də fərqlənir.

Bütün bədən sisteminin sağlam şəkildə işləməsinə kömək edən qarğıdalı saçağı yağ yandırma xüsusiyyəti ilə də tanınır. 

Qarğıdalı saçağı çayı bağırsaq hərəkətlərini tənzimləməyə kömək edir. Bununla da qarın ağrısını və qarındakı şişkinliyi aradan qaldırır. Xroniki yorğunluq üçün də seçim edilə bilər.

Bədəndə qlükoza balansını tənzimləyən bitki turşuları qarğıdalı saçağında da mövcuddur. Dərinizdə səpgi, qızartı, sızanaq, qaşınma kimi problemlərin aradan qaldırılmasını təmin edir.

Tənzimlədiyi qlükoza səviyyəsi ilə birlikdə qan şəkərini aşağı salaraq yüksək qan təzyiqi olan insanları müalicə edir. Qarğıdalı saçağı çayı təzyiq artımının qarşısını alaraq təsirli bir tarazlıq yarada bilir.

Qarğıdalı saçağı çayını necə dəmləmək olar?

1 stəkan qaynar su üçün 1 çimdik qarğıdalı saçağı qoymaq kifayətdir. Ocaqda 5 dəqiqə qaynadıqdan sonra süzmək lazımdır. Qarğıdalı saçağı çayını gündə 2 dəfə acqarına içə bilərsiniz. Amma həddindən artıq istehlak etmək yolverilməzdir.