Yay ayları ilə artıq çəkidən xilas olmaq istəyən hər kəs arıqlamağın yollarını axtarır. Son zamanlar qarpız və qovun toxumu ilə arıqlamaq məşhurlaşıb. 

 Foodinfo.az xəbər verir ki, bostan toxumları maddələr mübadiləsini sürətləndirməkdən əlavə, sidikqovucu təsirə malikdir və toksinləri çıxarır. Qarpız çəyirdəyi stress və depressiyaya da yaxşı təsir edir.

Oturaq həyat, turşu və yüksək kalorili içkilər, xəmirli qidalar, fast food istehlakı, bəzi əlavələr kimi səbəblər kökəlməyə səbəb olur. Buna görə çox insan arıqlamaq axtarışındadır. Bunlardan biri də bostan və qarpız tumları yeyərək arıqlamaqdır. Əslində bu, ölçülü və düzgün yeyildikdə mümkündür. Qovun və qarpız toxumlarının tərkibində yüksək lif olduğu üçün yeməkdən dərhal sonra toxluq hissi verir. Qarpız və qovun tumlarından istifadə edənlərin həddindən artıq yemək və zərərli yeməkləri qəlyanaltı etmək ehtimalı daha azdır.

Bir ovuc qovun tumunun 23 kalorisi var. Bostan və qarpız tumları qəlyanaltı kimi istehlak edilməlidir. Burada məqsəd yeməklər arasında meyvə, şirniyyat məhsulları və yüksək kalorili qidalar və ya içkilər istehlak etməməkdir. Qarpız tumları qəlyanaltı olaraq 30 qram istehlak edilməlidir. 30 qram qarpız tumunda 158 kalori var. Bu səbəbdən qəlyanaltılar üçün yüksək kalorili qidalar qəbul etmək əvəzinə, şişirtməmək şərti ilə qovun və qarpız tumları yemək, tərkibindəki yüksək lif sayəsində sizi tox saxlayacaq. 

Yeməklər arasında qovun və ya qarpız yemək əvəzinə az miqdarda qovun və qarpız tumları yemək arıqlamaq baxımından daha faydalıdır. Qovun toxumları maddələr mübadiləsini sürətləndirir, təxminən 20 dəqiqə qovurub soyutduqdan sonra istehlak edilməlidir. Qarpız tumları stress və depressiyaya da yaxşı gəldiyi üçün stress və depressiya səbəbiylə kalori qəbulunu və hətta yemək yeməyin qarşısını alır.