Bir çoxları tərəfindən sevilən "fast food" xeyli miqdarda doymuş yağ, şəkər, duz və əlavələrdən ibarətdir ki, bu da piylənməyə, ürək-damar xəstəliklərinə və digər sağlamlıq problemlərinə səbəb olur.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Mariya Menşikova ən zərərli məhsullar haqqında danışarkən xəbərdarlıq edib.
O, həmçinin, mağazadan alınan yarımfabrikatları da məsləhət görmür, çünki onlar adətən keyfiyyətsiz xammaldan hazırlanır və çoxlu süni konservant, rəng, aromatizatorlar və duzdan ibarət olur. "Fast food" kimi, onların da müntəzəm istifadəsi mədə-bağırsaq traktında problemlərə səbəb olur.
Bir çox insanlar tez dondurulmuş qidaları sağlam hesab edirlər, lakin qidalanma mütəxəssisi xəbərdarlıq edir ki, onların tərkibində çox vaxt konservantlar və təzə qalmaları üçün qatılan digər maddələr, həmçinin kalori əlavə edən duz, şəkər və doymuş yağlar olur.
Zərərli qidaların ilk 5-liyini tamamlayan şirniyyatlar və qazlı içkilərdir ki, onların da tərkibində çoxlu şəkər, trans yağlar və süni qatqılar olur. Bu məhsulları sevənlər üçün Maria Menşikova kariyes, piylənmə, diabet və digər xəstəlikləri proqnozlaşdırır. Mütəxəssis şirniyyatları meyvə və giləmeyvə ilə əvəzləməyi tövsiyə edir.