Artıq qovun yedikdən sonra qabıqlarını atmaq istəməyəcəksiniz. Məlum olur ki, qovun özündə olduğu kimi qabığında da bir sıra üstünlüklərə malikdir.
Foodinfo.az qovun qabığının möcüzəvi faydalarını təqdim edir:
Qovun yayda ən çox seçilən dadlı, təravətləndirici və şirəli meyvələrdəndir. Qovun A, B6 və C vitaminləri və kaliumun əla mənbəyidir. Tərkibində çoxlu lif var. Göz sağlamlığını dəstəkləyir, böyrək sağlamlığını qoruyur və bol su tərkibinə görə maye almanıza kömək edir.
Qovunun özündə olduğu kimi qabığında da bir çox fayda var. Faydaları oxuduqdan sonra qabıqları zibil qutusuna atmağı dayandıracaqsınız. Bəs, qovun qabığının faydaları nədir və necə istifadə olunur?
Qovun qabığı dəriyə qulluqda çox təsirlidir. Dərinizə tətbiq etməklə onu təravətləndirə bilərsiniz. Qovun qabığı qaynadılaraq istifadə edilir. Bu dərini ölmüş dərindən təmizləyir və nəmlə doyurur. Həm də sızanaqları təmizləyir. Psoriasis və ekzema problemlərində təsirlidir.
Qaynadılmış qovun qabığı suyunu saç köklərinizə çəkərək tökülməni dayandıra bilərsiniz.
Qovun qabığı qaynadılıb içilsə, həzm sistemini tənzimləyər. Həmçinin toxluq hissi verərək çəki artımını yavaşladar.
Ürəkdəki ritm pozğunluqlarına yaxşı təsir edir. İmmunitet sistemini qoruyaraq zədələnmiş hüceyrələri bərpa edir.
Bu bostan qabığının suyu ilə qarqara edərək dişlərinizi və diş ətlərinizi təmizləyə bilərsiniz.