Alman kimyaçı Konstantin Falberq kömür qat­ranını öyrənirmiş.

 Foodinfo.az lent.az-a istinadən xəbər verir ki, bir dəfə alim görüb ki, nədənsə, çörək ona çox şirin gəlir. Laboratoriyaya qayıdıb hər şeyi dad­dıqdan sonra şirin dadın mənbəyini tapıb. Bu, təsadüfən kəşf etdiyi saxa­rin olub. 1884-cü ildə Falberq saxa­rini patentləşdirib və onun kütləvi istehsalına başlayıb. 

Əlbəttə, bu cür şəkər əvəzləyiciləri xeyli qənaətlidir və kalori miqdarı ol­duqca azdır. Amma şəkərdən 200 dəfə şirindir. Bu fakt bizi ondan müntəzəm istifadəyə təhrik edə bilər. Lakin kor-koranə işlətmək qətiy­yən yolverilməzdir. Daha aydın desək, təbii şəkərlə qidalandıqda insan orqa­nizmində lazımi miqdarda kalori qəbul etdikdən sonra təbii olaraq doyma pro­sesi baş verir. Lakin süni şəkər qəbul etdikdə orqanizmdəki bu təbii proses pozulur və insanda doymaq hissi ya­ranmır. Nəticə etibarı ilə doymaq hissini qarşılayacaq deyə artıq saxarin qəbul edilir, çəki artır.

Həmçinin şəkər əvəzedicilərindən uzunmüddətli istifadə baş ağrısı, qu­laqlarda səs, depressiya, allergiya və s. xəstəliklər yaradır.