Sovet dövründə şokoladlı kolbasa, demək olar, hər ailədə hazırlanırdı və həmin dövrün uşaqlarının sevimli şirniyyatı idi.
Foodinfo.az tez və asan hazırlanan, ucuz başa gələn, bu şirniyyatın reseptini təqdim edir:
Lazım olan ərzaqlar (hərəsi 500 qr. olan 2 kolbasa üçün):
500 qr. peçenye,
100 qr. qoz-fındıq (zövqə görə, heç qatmaya da bilərsiniz)
3-4 x.q. kakao tozu,
3-6 x.q. şəkər (zövqə görə),
180 qr. kərə yağı,
150 qr. süd.
Hazırlanması:
Peçenyeni əllərinizlə ovursunuz. Belnderlə badam (və ya digər qoz-fındıqları) üyüdürsünüz.
Yağ, kakao, şəkər və südü bir qazanda qarışdıraraq qaynadırsınız.
Alınan şokoladı peçenyelərin üzərinə tökürsünüz.
Daha sonra alınan qarışımı qida plyonkasına və plastik torbaya doldurub kolbasa formasını verirsiniz və tam soyuyanadək soyuducuda saxlayırsınız.
Süfrəyə doğranmış halda gətirə bilərsiniz.
Nuş olsun!
Natəvan