İncə blinçik ayrı bir yemək ola bilər və həmçinin şokolad və giləmeyvə ilə şirin desert, pendir və qırmızı balıq ilə doyurucu qəlyanaltı kimi müxtəlif yeməklərin hazırlanması üçün əsas götürülə bilər.
Foodinfo.az su ilə hazırlanan blinçiklərin reseptini təqdim edir.

Bunun üçün 2 stəkan un üçün 500 ml su, bir qaşıq bitki yağı, bir çimdik duz və 2 xörək qaşığı şəkər götürə bilərsiniz. Son komponentin miqdarı tənzimlənə bilər. Həm də bu miqdarda un və su üçün 3 yumurta götürmək lazımdır.
Əvvəlcə yumurtaları duz və şəkərlə qarışdırmaq lazımdır. Sonra üzərinə su tökərək qarışdırmağa davam edirik. Yavaş-yavaş və bir neçə mərhələdə un əlavə edilir. 
Bundan sonra, yağ ilə əvvəlcədən isidilmiş tavada blinçikləri qızarda bilərsiniz.

Nərmin