Başqa digər saxta yağlar kimi saxta zeytun yağları da insan sağlamlığı üçün çox zərərlidir. Zeytun yağının orijinal olub olmadığını müəyyən etmək üçün bəzi üsullar var.
Foodinfo.az bu üsulları təqdim edir:
1. Orijinal zeytun yağı 0 ilə -6 dərəcə arasında qaldıqda donmağa və kristallaşmağa başlayır. Odur ki, bir stəkan zeytun yağını dondurucuya qoyun, yarım saat gözləyin və sonra çıxarın. Əgər stəkanın içindəki bütün zeytun yağı donubsa, o, orijinaldır. Lakin onun bir hissəsi donmuş, bir hissəsi maye qalıbsa, bu yağ təbii deyil deməkdir.
2. Bir stəkan isti su qoyun və ona az miqdarda zeytun yağı əlavə edin. Əsl zeytun yağı qabarcıqlar yaradaraq suyun üzərində üzür və suyun səthində qalır. Saxta zeytun yağı heç bir qabarcıq əmələ gətirmədən suyun səthinə çıxır. Bir müddət sonra su ilə qarışmağa başlayır.
3. Zeytun yağının həqiqi olub olmadığını müəyyən etmək üçün dad testi edə bilərsiniz. Bir çay qaşığı zeytun yağı dadın, əgər yağ boğazınızda yanma hissi yaradırsa, bu, təbii yağdır.
4.Əsl zeytun yağı əsasən zeytun qoxusuna malikdir. Qoxulaqdıqda zeytun qoxusunu qoxusunu hiss edirsinizsə, bu yağ saxta yağ deyil. Əksinə boyaya bənzər bir qoxu hiss edirsinizsə, zeytun yağı saxtadır. Belə yağlardan uzaq durmaq lazımdır.
Zeytun yağı sarıdan qızılı və yaşıl rəngə qədər müxtəlif çalarlarda ola bilər. Zeytun yağının rəngi keyfiyyət göstəricisi deyil, rənginə baxmadan seçiminizi edə bilərsiniz. Zeytun yağının rənginə görə səhv qərarlar verməmək üçün Beynəlxalq Zeytun Şurası (IOC) zeytun dequstasiyası, yəni dad stəkanlarının tünd rəngli olmasını məcburi edib. Zeytun yağı seçərkən tünd rəngli şüşələrdəki yağları seçə bilərsiniz. Zeytun yağının daha tünd rəngli şüşədə saxlanması da xarab olmasının qarşısını alır.
Zeytun yağını istidən, işıqdan və oksigendən qoruyaraq qablaşdırmada qeyd olunan son istifadə tarixinə qədər etibarlı şəkildə istehlak edə bilərsiniz.