Ürək problemləri riskini azaltmaq istəyirsinizsə, yalnız pis vərdişlərdən deyil, həm də zərərli qidalardan imtina etməlisiniz.
Bunu aif.ru saytına müsahibəsində kardioloq Vladimir Protasov deyib.
O qeyd edib ki, insanın işlənmiş qidalardan aldığı şəkərin miqdarı azaldılmalıdır. Buraya həm də tortlar, peçenyelər və uzun saxlama müddəti olan digər şirniyyatlar daxildir.
Bundan əlavə, pəhrizinizdə duzu azaltmaq lazımdır. Bu əlavə bədəndə mayeni saxlayır və ürəyə gərginlik yaradır. Unutmayın ki, bu element çörək, popkorn və soya sousu kimi digər ümumi qidalarda da var.
Həkimin qeyd etdiyi kimi, kalium olan qidalar ürək üçün vacibdir.
Buna görə də menyunuza lobya, qoz-fındıq, noxud, ispanaq, kələm, xurma və banan əlavə etməlisiniz.
Nurlan