Çikaqodakı Disco Pancake müəssisəsinin aşpazı Ronnie Ruffalo yumurta bişirmək üçün hansı yağın daha yaxşı olduğunu deyib.

Onun sözlərinə görə, kərə yağı digər variantlardan daha yaxşıdır. Foodinfo.az xəbər verir ki, ekspert tastingtable.com-a bildirib ki, kərə yağı yumurtanı yanmaqdan qorumaqla yanaşı, onların dadını artıran əlavə təsirə malikdir. Kərə yağı yumurtanın daha yumşaq qalmasına kömək edir. Bundan əlavə, kərə yağı yumurtaların çox bişməsinin qarşısını alacaq.