CNN idman qidası ilə bağlı laboratoriya araşdırmaları aparıb və zülal tozlarının tərkibində daha yüksək miqdarda ağır metallar, yəni kadmium və qurğuşun olduğunu müəyyən edib.

Foodinfo.az bildirir ki, bununla belə, bu metalların ən böyük miqdarı bitki mənşəli məhsullarda və şokolad ətirli məhsullarda mövcuddur. Belə ki, şokoladlı idman əlavələrində vanil ətirli məhsullardan 4 dəfə çox qurğuşun və 110 dəfə çox kadmium var.

Layihənin icraçı direktoru Jacqueline Bowen bildirib ki, orta hesabla, üzvi zülal tozlarında qeyri-üzvi protein tozlarından üç dəfə çox qurğuşun və iki dəfə daha çox kadmium var.