Gündə 2 butulkadan çox qazlı içki içmək bel ölçüsünün artmasına və diabet və ürək-damar xəstəliklərinin inkişafına səbəb olur. Foodinfo.az xəbər verir ki, mötəbər nəşrlərindən olan “The Times of India”da amerikalı alimlərin araşdırmaları haqqında qısa məqalə dərc olunub.
Tədqiqatçılar gündə iki şüşədən çox qazlı içki qəbul edən orta yaşlı və yaşlı qadınların və qazlı içkilər içməyən qadınların diaqnostik məlumatlarını müqayisə ediblər. Nəticədə qazlı içki içənlərdə trigliseridlərin (zərərli yağ növü) səviyyəsinin 4 dəfədən çox artdığı məlum olub. Trigliseridlər metabolik pozğunluqların günahkarlarından" sayılır.
Oklahoma Universiteti Sağlamlıq Mərkəzinin tədqiqat rəhbəri və dosenti Kristina Şey deyib: "Gündə iki şüşədən çox şəkərli qazlı içki içən qadınlarda çəki artımı və qanda şəkərinin səviyyəsinə mənfi təsir, gələcəkdə diabet və ürək xəstəliklərinin inkişafına səbəb ola bilər”.
Oxşar araşdırmalar kişilərdə belə bir əlaqə aşkar etməyib. Tədqiqatın müəllifi bunu qadın orqanizminin kişilərə nisbətən daha az kalori tələb etməsi, ona görə də əlavə kalorilərin yığılmağa başlaması və bunun sağlamlıq problemlərinin yaranması ilə izah edib.